Bakıda sıxlıq olan küçə və prospektlər – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər – SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən NOCOMMENT-ə verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Olimpiya stadionunun qarşısından 20 Yanvar m/st istiqamətində;
4. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
5. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
7. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
8. Binəqədi şosesi Azadlıq prospekti m/st istiqamətində;
9. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
11. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Zərifə Əliyeva küçəsində;
13. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində;
15. Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində;
16. Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
18. Niyazi küçəsi Azneft dairəsi istiqamətində;
19. Babək prospekti mərkəz istiqamətində;
20. Aeroport şosesi Koroğlu m/st istiqamətində;
21. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.