Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.
Mərkəzdən NOCOMMENT-ə verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
6. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. Mikayıl Useynov prospekti Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
8. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində;
9. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
10. Babək prospekti mərkəz istiqamətində;
11. 20 Yanvar dairəsində;
12. Sabunçu-Zabrat şosesi Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.












