Bakıda yeraltı keçidi su basdı, hərəkət iflic oldu

Bakıda yeraltı keçidi su basdı, hərəkət iflic oldu

Bakının Yasamal rayonu, Füzuli küçəsində yerləşən yeraltı keçidi su basıb.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, axşam saatlarından yağan yağış nəticəsində yeraltı keçidi su basıb və piyadaların hərəkətini tamamilə məhdudlaşdırıb.

Qeyd edək ki, adıçəkilən yeraltı keçiddə uzun müddətdir analoji vəziyyət hökm sürür.