Zeynəb Həsəni "Səhər yeməyi" proqramında həmkarlarının şəxsi münasibətlərinin ictimailəşdirməsini tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, tanınmış şəxslərin hər bir addımı cəmiyyətin gözü qarşısında cərəyan etdiyindən, onların arasındakı inciklik və rəqabət daha tez qabardılır.
Həkimlər də daxil olmaqla bütün peşə sahibləri arasında bənzər problemlərin yaşandığını, lakin onların diqqət mərkəzində olmadığını deyən Zeynəb Həsəni sənət adamlarının davranışlarından gileylənib:
"Adi bir anlaşılmazlıq olan kimi ya dərhal sosial şəbəkələrdə paylaşılır, ya da efirlərdə müzakirəyə çıxarılır. Kimdənsə incisəm, bunu ya səssizcə kənara çəkilərək həll edərəm, ya da şəxsən özünə deyərəm. Hər şeyi efirə daşımaq doğru deyil. Artıq özəl həyatımız deyən bir şey qalmayıb. Ailəmizdən, dostumuzdan küsəndə belə bunu ekran qarşısında danışırıq, bu isə yolverilməzdir"./yenisabah/












