Bakıda yolda əlbəyaxa dava düşdü, qadını vurdular – VİDEO

Bakıda yolda əlbəyaxa dava düşdü, qadını vurdular – VİDEO

Sosial şəbəkələrdə maşın yolunda dava görüntüləri yayılıb.

NOCOMMENT xəbər verir ki, görüntülərin Bakıda qeydə alındığı bildirilir.

Videoda biri qadın olmaqla iki nəfərin əlbəyaxa dava etdiyi görünür. İddia olunub ki, iki sürücünün avtomobili toqquşandan sonra onlar arasında gərginlik yaşanıb. Daha sonra tərəflər təhqiramiz ifadələr işlədiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov qafqazinfo-ya bildirib ki, yayılan görüntülərdəki hadisə nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.