Bakının bəzi yolarında nəqliyyatın sıxlığı müşahidə edilir – SİYAHI

Bakının bəzi yolarında nəqliyyatın sıxlığı müşahidə edilir – SİYAHI

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə edilir.

Bu barədə NOCOMMENT-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
2. 28 May və Dilarə Əliyeva küçələri Rəşid Behbudov küçəsi istiqamətində;
3. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
4. 20 Yanvar dairəsində;
5. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
9. Babək prospekti mərkəz istiqamətində;
10. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.