Bakının mərkəzində yolda qazıntı ilə bağlı hərəkət məhdudlaşdırılıb

Bakının mərkəzində yolda qazıntı ilə bağlı hərəkət məhdudlaşdırılıb

Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində yolda qazıntı işləri aparılır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən nəzərə almaları xahiş edilir.