Bakının Nizami rayonunda 3 gün su olmayacaq

Bakının Nizami rayonunda 3 gün su olmayacaq

Sabahdan başlayaraq yanvarın 23-nə qədər Bakının Nizami rayonuna içməli suyun verilməsində fasilə yaranacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb su xəttində aparılacaq kompleks təmir işləridir.