“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.
NOCOMMENT.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.












