“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə məhkəmə iclası başlayıb.
NOCOMMENT verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra R.Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, işə yeni qoşulub və cinayət işinin materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclasının 2 həftə təxirə salınmasını istəyib.
Təqsirləndirilən şəxsin digər vəkili müvəkkili barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 2-də davam etdiriləcək.











