Balıq tutan 2 nəfər çayda boğuldu

Balıq tutan 2 nəfər çayda boğuldu

Saatlıda iki nəfər çayda boğulub.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Araz çayında baş verib.

Çayda balıq tutan 2 nəfər suda boğulub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.