Zərdab rayonunda bir ailənin altı üzvü qəzaya düşüb, qadın ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın 2-də saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi VAZ markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri – gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.












