Bu yol yenidən quruldu – VİDEO

Bu yol yenidən quruldu – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunun Aşağı Güzdək avtomobil yolunda yenidənqurma işlərini başa çatdırıb.

Agentlikdən NOCOMMENT.az-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.

Yolboyu iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

Sonuncu mərhələdə yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.