Daha bir direktorun səsyazısı yayıldı: Pulları gətirin

Daha bir direktorun səsyazısı yayıldı: Pulları gətirin

Azərbaycanda daha bir məktəb direktorunun rüşvətlə bağlı səs yazısı yayılıb.

NOCOMMENT lent-ə istinadən xəbər verir ki, Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynova qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb edib.

Eyni zamanda, direktor səsdə pulları müəllimlərə toplu şəkildə verməli olduğunu deyir.

Məsələ ilə bağlı Regional Təhsil İdarəsindən bildirilib ki, səs yazısı ilə bağlı məsələ hazırda araşdırılır: “Direktorun səsyazısı ilə bağlı məsələ araşdırılır. İlkin məlumat olanda yayımlayacayıq”.

Həmin səsyazısını təqdim edirik: