Daha bir qazi intihar etdi…

Daha bir qazi intihar etdi…

Vətən müharibəsi iştirakçısı intihar edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə qazinin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd olunur ki, əslən Cəbrayıldan olan qazi Firudinli Firudin Ceyhun oğlu ötən gün – sentyabrın 26-da özünü asaraq intihar edib.

O, Prezident İlham Əliyevin sərəncamı ilə Xocavəndin və Füzulinin “azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Onun Vətən müharibəsindən sonra intihar edən 44-cü qazi olduğu bildirilir.