Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Mədəniyyət Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, qərar aktyorlar COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.












