Dayısı I Qarabağ müharibəsində şəhid olan Üzeyir də dəfn olundu

Dayısı I Qarabağ müharibəsində şəhid olan Üzeyir də dəfn olundu

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən həlak olan daha bir hərbçimiz torpağa tapşırılıb.

NOCOMMENT xəbər verir ki, Göygöl rayon Qızılqaya qəsəbəsinin sakini Əliyev Üzeyir Sabir oğlu bu səhər sözügedən qəsəbəyə gətirilib. Doğulduğu evdən son mənzilə yola salınıb. Ü.Əliyev Göygöl Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, əslən Daşkəsən rayonundan olan Əliyev Üzeyirin 29 yaşı var idi. O, müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ü.Əliyev I Qarabağ Müharibəsində şəhid olan Arif Mahmudovun bacısı oğludur.