Diqqət! Sumqayıtın bu ərazisində qaz olmayacaq

Diqqət! Sumqayıtın bu ərazisində qaz olmayacaq

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsinin bir hissəsində qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir işlərinə başlanacaq.

Aparılacaq işlərlə əlaqədar d57 mm-lik xətt üzrə təxminən 1000 abonentin qaz təminatı saat 15:00-dan etibarən müvəqqəti məhdudlaşdırılacaq.

Məlumata görə, işlər yekunlaşdıqdan sonra əraziyə qazın verilməsi bərpa ediləcək.