Dünya bazarlarında neft və qaz ucuzlaşıb

Dünya bazarlarında neft və qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,82 azalaraq 1 barelə görə 106,04 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,88% azalaraq 102,26 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,2% azalaraq 7,83 ABŞ dolları təşkil edib.