Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 61 milyon 187,7 min dollar dəyərində 10 min 777,3 ton kərə yağı idxal olunub.
NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 5,7 dollar (9,6 manat) olub.
Məlumat üçün bildirək ki, son 3 aydır dünya bazarlarında da kərə yağının qiyməti sürətlə ucuzlaşmaqdadır. Ötən ilin iyul ayında 1 kiloqramı 4,4 dollar olan kərə yağı davamlı olaraq bahalaşıb və bu ilin mart ayında ən yüksək səviyyəyə 7,1 dollara yüksəlib. Mart ayından sonra yenidən ucuzlaşma müşahidə olunub. Bu ayın əvvəlində kərə yağının qiyməti 5,6 dollara düşüb.













