Əhməd Məmmədli saxlanıldı

Əhməd Məmmədli saxlanıldı

Gənc fəal, “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli saxlanılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən İslam Səfərli küçəsində maşına mindirildiyi və naməlum istiqamətə aparıldığı barədə məlumat yayılıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Ə.Məmmədli polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.