FHN qızıl zavodundakı yanğınla bağlı məlumat yaydı

FHN qızıl zavodundakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Gədəbəy rayonunun Arıqdam kəndində qızıl emalı zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən NOCOMMENT.az-a bildirilib ki, Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mis-qızıl zavodunun platasiya sexində baş verdiyi məlum olub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2 100 m² olan platasiya sexinin yüngül metal konstruksiyalardan ibarət üzlük hissəsi 180 m² sahədə, pres filter avadanlığının yanar hissələri, mühərriklər, nasos avadanlıqları, elektrik kabelləri və elektrik panelləri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.