Bakı Uşaq və Gənclər Teatrının 29 yaşlı aktrisası dünyasını dəyişib.
NOCOMMENT xəbər verir ki, bu barədə teatrın feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, teatrın aktrisası Gülnar Əlizadə vəfat edib.
Qeyd edilib ki, o, 2015-ci ildən Bakı Uşaq və Gənclər Teatrının aktrisası kimi fəaliyyət göstərib. Evli olub, iki yaşlı qızı var.












