Gəncədə avtomobil yollarını su basıb, nəqliyyatın hərəkəti çətinləşib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi, Bağbanlar qəsəbəsinin bəzi küçələri və Yeni Gəncə qəsəbəsinə gedən yolda qeydə alınıb.
Nəticədə nəqliyyatın və insanların hərəkətində çətinliklər yaranıb.
Suyun fərdi yaşayış evlərinin həyətinə dolmaması üçün qabaqlayıcı tədbirlər görülür.













