Gəncədə şadlıq saraylarının birində yanğın qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Azəraycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayında qeydə alınıb.
İlkin məlumata görə, yanğın kəbab bişirilən hissəsədə baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb edilib.
Edilən müdaxilə ilə yanğın söndürülüb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.












