Gürcüstan və Ermənistan baş nazirləri arasında görüş keçirilib

Gürcüstan və Ermənistan baş nazirləri arasında görüş keçirilib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistandan olan həmkarı Nikol Paşinyanla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan Telegram -da məlumat yayıb.

“İrakli Kobaxidze və Nikol Paşinyan ölkələr arasında strateji əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti və orada baş verən hadisələri müzakirə ediblər”, – nəşr yazır.

Gürcüstanın baş naziri İrəvanı hökumətin Bakı ilə dialoqu asanlaşdırmağa hazır olduğuna bir daha əmin edib . Bundan əlavə, Tbilisi regionda sabitliyin və sülhün bərqərar olmasına töhfə verməyə hazırdır. Bundan əlavə, Kobaxidze Paşinyanı Gürcüstana rəsmi səfərə dəvət edib.

Yanvarın 17-də Gürcüstan Ermənistan və Azərbaycana üç dövlət arasında əməkdaşlıq təşəbbüsü təklif edib. Qeyd edildiyi kimi, Tbilisi regionda qarşılıqlı fəaliyyət üçün konkret addımların atılmasında maraqlıdır.