Həbsdə olan sabiq başçıdan xəbər var

Həbsdə olan sabiq başçıdan xəbər var

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin cinayət işinə sədrlik edəcək hakim məlum olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Müşfiq Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq və ilkin baxış iclası hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilib. İ.Abdullayev sonradan Şirvan Apellyasiya Məhkəməsinə təyinat alıb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan sabiq icra başçısı Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülmüşdü.

Dörd ay təxirə salınmış məhkəmə proseslərinin gələn həftədən davam etdiriləcəyi gözlənilir.