Həbsxanada tanınmış qadın məhkum öldü – ŞOK FAKTLAR

Həbsxanada tanınmış qadın məhkum öldü – ŞOK FAKTLAR

Bakıda həbsxanada tanınmış qadın məhkum ölüb.

NOCOMMENT.azın Lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb.

Onun ölüm səbəbi hələlik açıqlanmır.

O, 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib. Araşdırma zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.

“Qara Rahilə” 5 dəfə məhkumluq həyatı yaşayıb.