Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə bu günə təyin olunan proses baş tutmayıb.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesə Nərminin atası Şərif Quliyev gəlməyib.
Bu səbəbdən proses iyulun 27-nə təyin edilib.












