“İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan 37 yaşlı Zahid Niyazovun vəziyyəti ağır stabildir”.
NOCOMMENT.az “oxu.az”a istinadən xəbər verir ki, ailə yaxınlarının verdiyi məlumatına görə, Z.Niyazovun 8 saat davam edən çənə və qol əməliyyatı uğurlu olub:
“Hazırda Dövlət Gömrük Komitəsinin hospitalında müalicəsini davam etdirir. Həkimlər çənə və qol əməliyyatını icra etdilər. Özündədir, yanına ziyarətçi buraxılmır.
Zahid Niyazov iki qız övladını və doğmalarını düşünmədən öz həyatı, sağlamlığı bahasına bu addımı atdı. Əksini edə bilməzdi. O bunu etməsə idi əminəm ki, ömrünün sonuna kimi vicdan əzabından əziyyət çəkəcəkdi.
Zahid düşünmədən doğru olanı və həqiqətən özünə layiq olan mərd addımı atdı. Əzizləri onunla fəxr edir. Vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edirik”.













