İşdən qovulan başçı müavini ilə bağlı sensasion İDDİA

İşdən qovulan başçı müavini ilə bağlı sensasion İDDİA

Rasilə Əliyeva təkcə 15 yaşlı qıza deyil, bir çoxlarına psixoloji və fiziki zorakılıq tətbiq edib.

O da məlum oldu ki, Lənkəran rayonunda erkən nikahın razılıq qiyməti 2500-4000 manat arasıdır. Deyilənə görə, hadisələr Rasilə Arifqızının kabinetindəcə həll olunurmuş.

NOCOMMENT xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bizim.media-ya açıqlamasında deyib.

“Görün insanın vəzifəsindən sui-istifadə halları nə həddə olub ki, Rasilə Əliyeva məsuliyyətə cəlb olunduğu üçün Lənkəran toy-bayram edib, hətta qurban kəsilib”, – deyə o bildirib.

Qeyd edək ki, Baş Prokurorluğun təqdimatı ilə 9-cu sinif şagirdinə öz evində zorakılıq göstərən Rasilə Arifqızı artıq vəzifəsindən azad olunub.

Olayla bağlı isə CM-in 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb.