İşıqlar söndü, Bakı-Sumqayıt qatarı yolda qaldı

İşıqlar söndü, Bakı-Sumqayıt qatarı yolda qaldı

Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında bir saatdan çoxdur hərəkətsiz dayandığı bildirilir.

NOCOMMENT xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk səhifəsində paylaşım edib. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda bununla bağlı araşdırma gedir. Məsələ ilə əlaqədar texniki şöbəyə məlumat verilib.