Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə NOCOMMENT.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün vəfat edib.











