Bizdən Sputnik Azerbaijan-da ölkəmizin mövqeyinə qarşı məlumatın getməsini tələb etdilər.
NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında “Sputnik Azerbaijan” saytından istefa verən buraxılış redaktoru Gülzar Mustafayeva deyib.
“Detallar barədə danışmaq istəmirəm. Çünki biz işə qəbul olunanda öhdəliyə imza atmışıq və bunları danışmaq ixtiyarım yoxdur. Sadəcə onu deyə bilərəm ki, bizdən Azərbaycanın mövqeyinə qarşı məlumatın getməsini tələb etdilər. Biz də dörd redaktor – Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və mən bununla razılaşmayıb istefa verdik”, – deyə o bildirib.












