İtlərin hücumuna məruz qalan qadın öldü

İtlərin hücumuna məruz qalan qadın öldü

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.

NOCOMMENT Baku TV-yə istinadən xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum etmişdi. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.

Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.

Mövzu ilə bağlı sujeti təqdim edirik: