Kişini ağaca bağlayıb yandırdılar – Xaçmazda DƏHŞƏT

Kişini ağaca bağlayıb yandırdılar – Xaçmazda DƏHŞƏT

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gedən 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Abdullayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.