Koronavirus STATİSTİKASI: Yoluxanların sayı 8 yüz minə çatdı

Koronavirus STATİSTİKASI: Yoluxanların sayı 8 yüz minə çatdı

Azərbaycanda koronavirusa 512 yeni yoluxma qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək 799 983 nəfər koronavirusa yoluxub. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 752 nəfərdir.

Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.