Koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlanıb

Koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlanıb

“İlin əvvəlində Omikron ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır”.

NOCOMMENT xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, insanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur: “Bu da təbiidir. Çünki Omikron ştamı sürətlə yayılır”.