İyulun 18-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 35-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib – nəticədə 11 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.












