Küveyt dinarını Azərbaycanda dəyərli valyuta edən səbəb nədir?

Küveyt dinarını Azərbaycanda dəyərli valyuta edən səbəb nədir?

“Hansısa valyutanın yığım vəsaiti kimi istifadə olunması onun bahalılığına bağlı deyil”.

NOCOMMENT.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Küveyt dinarının dünyanın ən dəyərli valyutası siyahısında olmasından danışarkən deyib.

Ekspert həmçinin 10 il bundan əvvəl Azərbaycanın milli valyutasının dollardan baha olduğunu qeyd edib: “Amma bizim valyutada heç kəs pul yığmırdı. Bu gün istənilən ölkə denaminasiya həyata keçirə bilər. Yadınızdadırsa, 2006-cı ildə denaminasiya oldu və 5 min manat bir manata çevrilmişdi. Biz bunu yenidən tətbiq edə, pulların dəyişilməsini elan edə bilərik. Məsələn, bu günün 10 manatını 1 manat kimi təqdim edə bilərik. Puldan yığım vasitəsi kimi istifadə edilməsi onun sabitliyinə və uzunmüddətli perspektivliyinə bağlıdır”.

Ə.Həsənov hansısa valyutanın yığımda istifadə olunması ölkənin iqtisadiyyatının gücünə bağlı məsələdir: “Valyutalar güclü dövlət, iqtisadiyyat, sabitlik, ölkədə idarəetmənin proqnozlaşdırıla bilməsi, əminlik hissi, qayda-qanunun olması, məhkəmələr və s. meyarlara görə alınır və yığılır. Küveyt bütün parametrlərinə görə Azərbaycandan güclü dövlətdir. Orada hər an nəsə dəyişə bilər”.

Qeyd edək ki, Azərbaycanda ən dəyərli 4 valyuta – Küveyt dinarı, İngiltərə funt sterlinqi, avro və dollar olduğu açıqlanıb. Məlumatda bildirilib ki, bir Küveyt dinarının Azərbaycan manatına qarşı məzənnəsi 5 manat 52 qəpikdir. Küveyt dinarı hazırda dünyanın ən dəyərli valyutasıdır.