Nəsimi rayonundakı Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad günü üçün pul yığılır.
NOCOMMENT xəbər verir ki, bu barədə yeniavaz-a həmin valideynlərdən biri məlumat verib.
O bildirib ki, bu barədə valideynlərdən biri vatsap qrupuna elan mesajı göndərib. Mesajda bildirilib ki, liseydə bütün siniflər direktor Kamalə Mirzoyevanın ad günü üçün “tədbir görəcək”:
“Sizinlə bir mövzunu müzakirə etmək istərdim. Bizim direktorumuzun ad günüdür. Bütün siniflər təbrik edəcək. Mən istərdim ki, bizim sinifdə də belə şey olsun. Biz qərar verdik ki, Nigar xanımla gül almaq üçün 5 manat pul yığaq. Siz bu məsələyə necə baxırsınız? Xahiş edirəm ki, bu məsələni birlikdə həll edək”.
Müraciət edən valideyn qeyd edib ki, daha sonra qrupa bank kartı atılıb və ödənişlərin həmin karta köçürülməsi istənilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi sorğu ünvanladıq. Sorğu əsasında araşdırma aparılacağı bildirildi.
















