BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Sədri Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında iştirakı iqlim dəyişikliyi sahəsində uğur qazanmaq üçün təşəbbüsləri müzakirə etmək üçün yaxşı fürsətdir.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Konfransın panel müzakirəsi zamanı bildirib.
“Ötən həftə biz başqa bir qrup ölkə ilə danışıqlar aparmaq üçün BƏƏ-də olduq. Gələn həftə Keniyaya, Nayrobiyə səfər etməyi, Afrika və regionun digər ölkələrindən hansı təşəbbüslərin irəli sürüləcəyi ilə bağlı müzakirələrdə yenidən iştirak etməyi planlaşdırırıq. Hələ bütün təklifləri dinləyirik”, – deyə o qeyd edib.
COP29 prezidenti vurğulayıb ki, bu təşəbbüs düzgün qərarlar qəbul etməyə imkan verəcək: “Lakin bunun üçün bütün maraqlı tərəflərin dəstəyinə ehtiyacımız var”.
Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.












