Metroda gedişhaqqı artırılacaq? – Rəsmi açıqlama

Metroda gedişhaqqı artırılacaq? – Rəsmi açıqlama

Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib.O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib:

“Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir”.