Metroda qatardakı nasazlığa görə sərnişinlər düşürüldü

Metroda qatardakı nasazlığa görə sərnişinlər düşürüldü

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər “Nizami” stansiyasında düşürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.