Metroya balta ilə daxil olan şəxs daha bir video yaydı

Metroya balta ilə daxil olan şəxs daha bir video yaydı

Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

NOCOMMENT üafqazinfo-ya istinadən xəbər verir ki, insanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl TikTok sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.

Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!”

O, həmçinin, bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub. Hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.