Müharibədən sağ-salamat qayıtdı, qəzada öldü

Müharibədən sağ-salamat qayıtdı, qəzada öldü

Azərbaycanda Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, bu barədə onun qohumları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, Vətən müharibəsi iştirakçısı İsgəndər Zeynalov 3 gün öncə qəzaya düşüb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, İ.Zeynalov  bu gün səhər saatlarında dünyasını dəyişib.