Müxalifətçi səhhəti ilə bağlı təcili Türkiyəyə getdi

Müxalifətçi səhhəti ilə bağlı təcili Türkiyəyə getdi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.

NOCOMMENT xəbər verir ki, bu barədə apa-ya siyasətçinin yaxını məlumat verib.

Bildirilib ki, bir müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən M.Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib.

O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb.

KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.