Naftalanda yaşlı kişi güllələnərək öldürüldü

Naftalanda yaşlı kişi güllələnərək öldürüldü

Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə şəhərdəki mənzillərin birində baş verib.

1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.