Onlara elmi dərəcə verilməsindən İMTİNA EDİLİB

Onlara elmi dərəcə verilməsindən İMTİNA EDİLİB

Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Prezident yanında Ali Attestasiya Komissiyasından NOCOMMENT-ə verilən məlumata görə, aprel ayı üzrə 26 nəfərə fəlsəfə doktoru, 10 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 24 nəfərə dosent elmi adı verilib, 6 nəfərə isə elmi ad verilməsindən imtina edilib.

Eyni zamanda, 2 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.