Pandemiya cərimələri ləğv olunur? – Nazirlər Kabineti qərar verməlidir…

Pandemiya cərimələri ləğv olunur? – Nazirlər Kabineti qərar verməlidir…

Ölkəmizdə qapalı məkanlarda tibbi maskadan istifadə tələbi ləğv olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Bu isə vətəndaşların pandemiya dövründəki cərimələrinin dövlət tərəfindən silinməsi məsələsini yenidən aktuallaşdırıb. Qeyd edək ki, bir sıra ölkələr artıq həmin cərimələrin silinməsi haqda qərar qəbul edib.

Maraqlıdır, eyni təcrübə ölkəmizdə tətbiq oluna bilər? Dövlət büdcəsinin buna imkanı varmı?

Cərimələrin ləğvi vətəndaşlar üçün can rahatlığıdır…

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli Gundem.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sırf maska ilə bağlı cərimələrin ümumi həcmi böyük deyil və bu cərimələrin ləğvi demək olar ki, büdcəyə heç bir yük gətirməyəcək:

Quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi yoxdur” - Natiq Cəfərli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Amma bu durum vətəndaşlara can rahatlığı verə bilər. Bəzi şəxslər cərimələri ödəyə bilmədikləri üçün müəyyən problemlərlə üzləşirlər, hətta dövlət idarələrinə gedərkən də cərimə olduğu üçün problemlə qarşılaşırlar. Düşünürəm ki, bu məsələ birdəfəlik və kökündən həll edilməlidir. Məsələn, pandemiya cərimələri ilə bağlı vətəndaşlara amnistiya elan oluna bilər. Bəzi ölkələrdə bu amnistiyalar tətbiq olunub. 

Ölkə büdcəsinin indiki zamanda ciddi problemi yoxdur, neftin hazırkı qiymətlərində büdcənin formalaşdırılması ilə bağlı hansısa çatışmazlıqalar da mövcud deyil. Hətta həm gömrük, həm də vergi orqanları hər ay nəzərdə tutulandan artıq vergi topladıqlarını söyləyirlər. Yəni, pandemiya cərimələrinin ləğvinin büdcə üçün elə də təsiri olmayacaq, lakin bu, vətəndaşlar üçün olduqca pozitiv xəbər ola bilər”.

Son qərarı Nazirlər Kabineti verəcək…

Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, artıq ölkəmizdə karantin qaydalarının xeyli dərəcədə yumuşaldılması müşahidə olunur.

Azərbaycanın neft gəlirlərində artım var” – Vüqar Bayramov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Deputat qeyd edib ki, çoxsaylı qadağalar ləğv olunub və bu proses may ayından tətbiq olunacaq:

“Karantin qaydalarının daha da yumuşaldılması və mövcud qadağaların aradan qaldırılması ilə bağlı təkliflərimiz var. Düşünürəm ki, karantin qaydaları tamamilə aradan qaldırıldıqdan və eləcə də pandemiya başa çatdıqdan sonra cərimələrə baxılması, həssas kateqoriyalar üçün cərimələrin bağışlanması müzakirə oluna bilər. Düzdür, bütün hallarda bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən veriləcək. Çünki Nazirlər Kabineti praktiki olaraq bu prosesə məsul qurumdur. Amma məsələnin sosial tərəfi nəzərə alınsa, pandemiya başa çatdıqdan sonra cərimələrin ləğvinin müzakirəsi və bu istiqamətdə Nazilər Kabineti tərəfindən qərarların qəbul edilməsi məqsədəuyğun olardı”.